Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 40 yaşlı Mehman Dadaşov saxlanılıb.
“İki sahil” xəbər verir ki, ondan 7 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanıb. Araşdırmalarla M.Dadaşovun narkotikləri satış məqsədilə əldə etdiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Südabə Qazıyeva: Şəhidin adını hara gəldi yazmaq, şəklini yapışdırmaq onun əziz xatirəsinə layiq deyil
Zəhra İsgəndərlinin təhsil və musiqi sahəsindəki aktiv fəaliyyəti “Kardelen TV”də