İraq Prezidenti Nizar Abidi Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) dəvət olunub.
“İki sahil” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəvət məktubunu ölkəmizin İraqdakı səfiri Eldar Səlimov təqdim edib.
Görüşdə, həmçinin Azərbaycan və İraq dövlətləri arasındakı əlaqələr və onların möhkəmləndirilməsi, eləcə də son beynəlxalq və regional məsələlər müzakirə olunub. Səfir E.Səlimov Nizar Abidinin İraq Prezidenti seçilməsi münasibətilə Azərbaycanın dövlət başçısının təbrik məktubunu təqdim edib.
Təbrikə görə minnətdarlığını ifadə edən Nizar Abidi ölkəmizin həm pandemiya (COVID-19) dövründə İraqa etdiyi yardıma, həm də beynəlxalq təşkilatlar çərçivəsində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib, ikitərəfli əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Vüqar Rəhimzadə: Ədalətli yeni dünya nizamının formalaşdırılması ölkəmizin bütün platformalardan səsləndirdiyi əsas çağırışdır
Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB