Türkiyənin Malatya vilayətinin Doğanşehir rayonunda sərnişin avtobusu dərəyə aşıb.
“İki sahil” xəbər verir ki, ilkin məlumatlara görə, Malatya-Adıyaman yolunda baş verən qəza nəticəsində dörd nəfər ölüb, 15 nəfər yaralanıb.
Hadisə yerinə polis, jandarma, səhiyyə və yanğınsöndürmə qrupları göndərilib.
Malatya valisi Seddar Yavuz yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparıldığını bildirib.
"Kan": ABŞ əvvəlcədən İsrailə İrana yeni zərbələr endirmək niyyətində olduğunu bildirib
BMT baş katibi ABŞ və İran arasında diplomatik səylərə təhlükə barədə xəbərdarlıq edib