03 may 2026 15:51
112

Ukrayna ordusu Rusiyanın kölgə donanmasının iki tankerinə zərbə endirib

Ukraynanın Hərbi Dəniz Qüvvələri Novorossiysk limanı yaxınlığında Rusiyanın kölgə donanmasına daxil olan, sanksiya altındakı iki gəmini vurub.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında yazıb.

"Hərbçilərimiz davam edir, Rusiyanın kölgə donanmasının iki gəmisi Novorossiysk limanına yaxınlaşarkən (Qara dənizin - red.) akvatoriyasında vurulub. Bu tankerlərdən neft daşınması üçün aktiv şəkildə istifadə olunurdu, artıq olmayacaq. Əməliyyata rəhbərlik etdiyi üçün Baş Qərargah rəisi Andrey Qnatova, sabit və səmərəli nəticələrə görə Ukrayna Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatçılarına və Hərbi Dəniz Qüvvələrimizə minnətdaram", - o qeyd edib.

Zelenskinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri dənizdə, havada və quruda uzaqmənzilli zərbələri kompleks şəkildə inkişaf etdirməyə davam edir.