03 may 2026 13:50
87

Əsas şərtlərdən biri Livana hücumların dayandırılmasıdır

İranın ABŞ ilə danışıqlarda əsas şərtlərindən biri Livana hücumların tamamilə dayandırılmasıdır.

“İki sahil” ISNA-ya istinadla xəbər verir ki, bunu İran parlamentinin sədr müavini Əli Nikzad deyib.

"Ölkənin istənilən danışıqlar üçün şərti aydındır - bu, Livana qarşı təcavüzün tamamilə dayandırılmasına zəmanət verilməsidir", - o bildirib və əlavə edib ki, İran ilə Livanın cəbhəsi birdir.

Əli Nikzadın sözlərinə görə, Hörmüz boğazının bağlanması livanlılar üçün sülh və əmin-amanlığa nail olmaq məqsədilə edilib:

"Hörmüz boğazına nəzarət İranın hüququ və qırmızı xəttidir. İran bu məsələ ilə bağlı region ölkələri ilə razılığa gələcək".