İsrail Müdafiə Qüvvələri (İMQ) sutka ərzində Livanın cənubunda "Hizbullah" hərəkatının 120 hədəfini məhv edib.
“İki sahil” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib.
"Sutka ərzində İsrail Müdafiə Qüvvələri çoxsaylı terror obyektlərinə zərbələr endirib və Livanın cənubunda İMQ mövqelərinin yaxınlığında fəaliyyət göstərən terrorçuları məhv edib. Zərbələr nəticəsində müxtəlif rayonlarda 70 hərbi tikili və "Hizbullah"ın 50 infrastruktur obyekti məhv edilib", - bəyanatda qeyd olunub.
Dəqiqləşdirilib ki, məhv edilən hədəflər arasında qruplaşmanın komanda mərkəzləri və silah anbarları var.
"Kan": ABŞ əvvəlcədən İsrailə İrana yeni zərbələr endirmək niyyətində olduğunu bildirib
BMT baş katibi ABŞ və İran arasında diplomatik səylərə təhlükə barədə xəbərdarlıq edib