02 may 2026 12:37
80

Qazaxıstanda yaşayış binasında baş verən yanğın zamanı 14 nəfər təxliyə olunub

Aktau şəhərində altımərtəbəli yaşayış binasında baş verən yanğın zamanı xilasedicilər səkkiz uşaq da daxil olmaqla, 14 nəfəri təxliyə ediblər.

“İki sahil” Qazaxıstan Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, yanğın şəhərin 31-ci mikrorayonunda yerləşən çoxmənzilli binanın zirzəmisində başlayıb.

Xilasedicilərin çevik müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.

Yanğın qısa müddət ərzində söndürülüb. Xəsarət alan olmayıb.