Naxçıvan Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub.
“İki sahil” xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Naib Fəxrəddin oğlu Əlizadə Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Naib Əlizadə bu təyinata qədər Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb, həmçinin sədr vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edib.
Südabə Qazıyeva: Şəhidin adını hara gəldi yazmaq, şəklini yapışdırmaq onun əziz xatirəsinə layiq deyil
Zəhra İsgəndərlinin təhsil və musiqi sahəsindəki aktiv fəaliyyəti “Kardelen TV”də