Mayın 4-də Ankarada “Şuşa” Konqres Mərkəzində “Heydər Əliyev və Türk dünyası” mövzusunda panel müzakirələri keçiriləcək.
“İki sahil” xəbər verir ki, Ümummilli Liderin anadan olmasının 103-cü ildönümünə həsr olunan tədbirin təşəbbüskarı Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondudur (TADİV).
Müzakirələrdə türk dövlətlərinin diplomatik nümayəndəliklərinin, Türkiyənin Xarici İşlər Nazirliyinin və bir sıra siyasi partiyaların nümayəndələrinin, həmçinin qeyri-hökumət strukturlarının rəhbərlərinin iştirakı gözlənilir.
Tədbirdə açılış nitqi ilə TADİV-in rəhbəri, professor Aygün Attar çıxış edəcək.
Südabə Qazıyeva: Şəhidin adını hara gəldi yazmaq, şəklini yapışdırmaq onun əziz xatirəsinə layiq deyil
Zəhra İsgəndərlinin təhsil və musiqi sahəsindəki aktiv fəaliyyəti “Kardelen TV”də