01 may 2026 21:32
107

ABŞ Prezidenti İranla danışıqlar barədə: Məni qane etmir

ABŞ Prezidenti Donald Tramp münaqişənin nizamlanmasına dair İranın son təklifindən qane olmadığını bildirib və Tehranın razılığa gəlmək istədiyinə şübhə etdiyini deyib.

“İki sahil” CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdə jurnalistlərə deyib.

"Onlar razılaşma əldə etmək istəyirlər, amma bu, məni qane etmir", - o, İran tərəfindən edilən son təklifləri şərh edərkən bildirib.

Bununla yanaşı, ABŞ Prezidenti sənədin məhz hansı hissələrinin onun etirazına səbəb olduğunu dəqiqləşdirməyib, lakin İran hakimiyyətinin prinsipcə yekun nizamlanmaya razılaşmaq iqtidarında olduğuna şübhə etdiyini ifadə edib.

"Onlar müəyyən irəliləyiş əldə ediblər, lakin mən onların nə vaxtsa bir nəticəyə gələcəyinə əmin deyiləm", - o bildirib və əlavə edib ki, İran rəhbərliyində ciddi nizamsızlıq müşahidə olunur.

Trampın sözlərinə görə, İran hakimiyyəti parçalanıb və rəqabət aparan bir neçə qrupdan ibarətdir: "Onlar iki-üç, bəlkə də dörd qrupdur və bu, çox pərakəndə bir rəhbərlikdir. Eyni zamanda, hamı razılaşma bağlamaq istəyir, lakin onlarda tam bir qarışıqlıqdır".