01 may 2026 16:41
118

İran son düzəlişlərə cavabını Pakistan vasitəçiləri vasitəsilə ABŞ-a təqdim edib.

İran ABŞ-ın müharibəyə son qoymaq üçün razılaşmaya etdiyi son düzəlişlərə cavabını Pakistan vasitəçiləri vasitəsilə ABŞ-a təqdim edib.

“İki sahil” xəbər verir ki,  bu barədə "Axios"un jurnalisti Barak Ravid sosial media platforması X-də məlumat yayıb.

O, Tehranın cavabını cümə axşamı, 30 apreldə təqdim etdiyini iddia edir.

Daha əvvəl "Axios" ABŞ prezidenti Donald Trampın İrana danışıqlara qayıtmaq üçün beş gün vaxt verdiyini bildirmişdi.

Tramp özü atəşkəsi İslam Respublikası öz həll təklifini təqdim edənə və ya müzakirələr başa çatana qədər uzadacağını bildirib.