Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) beynəlxalq təcrübə mübadiləsi və şəhərsalma sahəsində qlobal dialoq üçün mühüm platforma olacaq.
“İki sahil” xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun üzvləri ilə Qarabağ Universitetində keçirilən görüşdə deyib.
Hikmət Hacıyev qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda post-münaqişə dövründə aparılan yenidənqurma işləri, şəhərsalma və infrastruktur quruculuğu bərpa təcrübəsi baxımından beynəlxalq tərəfdaşlarla bölüşülə biləcək nadir model yaradır.
Prezidentin köməkçisi üzv dövlətləri və BMT strukturlarını forumda fəal iştirak etməyə çağırıb və bildirib ki, bu platforma gələcəyin şəhərlərinin planlaşdırılması üçün yeni ideyaların formalaşmasına imkan yaradacaq.
FHN tərəfindən Yevlax şəhərində texniki təhlükəsizliyə dair seminar-müşavirə keçirilib
BDU və Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti arasında anlaşma memorandumu imzalanıb