01 may 2026 15:44
123

“Erkən kəsimə son!” maarifləndirmə kampaniyası davam edir – Video

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə erkən yaşda heyvan kəsiminin qarşısının alınması istiqamətində “Erkən kəsimə son!” maarifləndirmə kampaniyasını davam etdirir. 

“İki sahil” xəbər verir ki, həkim-nutrisioloq Emil Hidayətli də kampaniyaya qoşularaq vətəndaşlara çağırış edib. Onun sözlərinə görə, quzu ətinin yumşaqlığının əsas səbəbi tərkibində kollagenin olmamasıdır. Yetişmiş qoyun əti isə kollagenlə daha zəngindir. Kollagen bizim əzələlərimiz, oynaqlarımız, bağlar, vətərlər, bağırsaq divarı, dəri üçün mühümdür. 

Emil Hidayətli qeyd edib ki, ətin bioloji və qida dəyəri içində yağın da böyük önəmi var: “Quzuda isə yağ azdır. Amma bizim orqanizm üçün mütləq doymuş, faydalı yağlar lazımdır. Yetişmiş ət, qoyun əti yeməklə biz faydalı yağı ala bilirik”