Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi QHT nümayəndələri üçün Mərdəkan Reabilitasiya Pansionatına infotur təşkil edib.
“İki sahil” xəbər verir ki, iştirakçılar müasir tələblərə cavab verən reabilitasiya müəssisəsində yaradılan şəraitlə, əlilliyi olan şəxslərə göstərilən tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri ilə yaxından tanış olublar. Agentlik tərəfindən son illər xidmətlərin daha əlçatan, inklüziv və vətəndaş yönümlü təşkili məqsədilə icra olunan rəqəmsal və innovativ layihələr diqqətə çatdırılıb, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri barədə məlumat verilib. Tədbirdə reabilitasiya xidmətlərinin təşkili, son illər bu sahədə aparılan islahatlara, tətbiq olunan alternativ reabilitasiya üsullarına, reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması və şəbəkəsinin genişləndirilməsi işlərinə dair təqdimat edilib. Qurumun “Səsiniz olaq”, “RehaBus” layihələri, “Ağlabatan uyğunlaşdırma” mexanizmi barədə də məlumat verilib.
Görüşdə reabilitasiya xidmətlərinə dair fikir mübadiləsi aparılıb, vətəndaş cəmiyyəti nümayəndələrinin təklifləri dinlənilib.
FHN tərəfindən Yevlax şəhərində texniki təhlükəsizliyə dair seminar-müşavirə keçirilib
BDU və Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti arasında anlaşma memorandumu imzalanıb