30 aprel 2026 08:25
136

ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb?

ABŞ dəniz blokadasını Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb.

“İki sahil” xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat İdarəsinin "X" sosial media hesabında edilən paylaşımda bildirilib.

"Tramp hökuməti "dünya enerjisini idarəetmə" strategiyasından "pozucu fəaliyyət"ə yönəldi və Çin, Rusiya və Avropanı zəiflətmək üçün geniş pozucu layihənin bir hissəsi kimi dəniz blokadası başlatdı", - paylaşımda qeyd olunub.

"Lakin 20 gün keçdikdən sonra Ağ Evdə bu qiymətləndirmə dərinləşir ki, layihə uğursuz olub və Tehran "pozucu fəaliyyətə qarşı koalisiya"nın mərkəzinə çevrilib", - SEPAH-ın Kəşfiyyat İdarəsi vurğulayıb.