ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığının detallarını açıqlayıb.
“İki sahil” xəbər verir ki, ABŞ lideri zəng zamanı Ukrayna və bir qədər İran məsələsini müzakirə etdiyini bildirib.
“Çox yaxşı söhbətimiz oldu. Ümid edirəm ki, tez bir zamanda bir həll yolu tapacağıq. Putinə dedim ki, İran məsələsi ilə müqayisədə Ukrayna ilə müharibənin bitməsində iştirak etməyinizi daha çox istərdim. Çünki bu, bizim üçün daha vacibdir”,- deyə Tramp əlavə edib.