29 aprel 2026 13:30
92

Aİ ölkələri təşviş doğuran bəyanatlardan çəkinməlidir

Avrokomissar Apostolos Tzitzikostas enerji daşıyıcılarının qiymətlərinin artması fonunda səfərlərlə bağlı risklərə diqqət çəkib və Avropa İttifaqı ölkələrini nəqliyyat təhlükəsizliyi barədə həddindən artıq təşviş doğuran bəyanatlardan çəkinməyə çağırıb.

“İki sahil” RT-yə istinadla xəbər veriri ki, o, bu barədə Aİ ölkələrinin nəqliyyat nazirlərinin Nikosiya şəhərində keçirilən görüşü ərəfəsində bildirib.

“Biz həddindən artıq mənfi və təşviş doğuran mesajların yayılmasından çəkinməliyik”, - deyə, Tsitsikostas vurğulayıb.

O, xəbərdarlıq edib ki, vətəndaşların səfərlərdən imtina etməsi böhranın dərinləşməsini sürətləndirə bilər və turistlərin yay istirahətlərini planlaşdıra biləcəklərini qeyd edib. Onun sözlərinə görə, mümkün fasilələr baş verərsə, Aİ qanunvericiliyi onların qorunmasını təmin edəcək.

“Mən bu mesajın davamlı şəkildə yayılmasında sizin dəstəyinizə ümid edirəm”, — deyə o əlavə edib.