"ASAN xidmət" "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyi ilə birgə tərəfdaşlıq çərçivəsində “Hər kəs üçün ASAN” sosial layihəsinə start verib.
“İki sahil” xəbər verir ki, layihə çərçivəsində dövlət xidmətləri ilə bağlı məlumatlandırıcı videolar hazırlanaraq "ASAN xidmət"in sosial media hesablarında paylaşılacaq. Videolar surdotərcümə (işarət dili) ilə təqdim ediləcək və burada müxtəlif dövlət xidmətləri, müraciət qaydaları, vətəndaşların yararlana biləcəyi imkanlar barədə məlumatlar əks olunacaq. Layihənin əsas məqsədi eşitmə və nitq məhdudiyyətli şəxslərin dövlət xidmətlərinə çıxış imkanlarını genişləndirmək, onların məlumatları daha rahat və əlçatan formada əldə etməsini təmin etməkdir.
"ASAN xidmət" fəaliyyətində hər zaman vətəndaş məmnuniyyətini, sosial həssaslığı və xidmətlərin hər kəs üçün əlçatan olmasını əsas prioritetlərdən biri kimi ön planda saxlayır.
TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündəAzərbaycanda 570 mindən çox video silinib
NİİM avtomobil idarə edərkən TikTok-da canlı yayım açan sürücülərə müraciət edib
Azərbaycan nümayəndə heyəti Antalyada COP31-in rəsmi tədbirlərində iştirak edir