Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Cəbrayıl rayonunda işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüş həmin ərazilərdə məşğulluq imkanlarının artırılması və sahibkarlarla əməkdaşlığın gücləndirilməsi məsələlərinin müzakirəsinə həsr edilib.
İşəgötürənlərə Agentliyin fəaliyyət sahələri, işğaldan azad edilmiş ərazilərdə məşğulluğun təminatı üçün görülən işlər, məşğulluq proqramları və sahibkarlara təqdim olunan dəstək mexanizmləri barədə ətraflı məlumat verilib.
Eyni zamanda, kvotadan əlavə iş yerlərinin yaradılması proqramı və Qarabağ Peşə Hazırlığı Mərkəzinin fəaliyyəti barədə təqdimatlar edilib. Bildirilib ki, sakinlərin işlə təminatı ilə yanaşı, onların əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilməsi də əsas məşğulluq tədbirlərindəndir.
İşəgötürənlərin sualları da cavablandırılıb, onların təklifləri dinlənilib, görüləcək birgə işlər müzakirə olunub.
Paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə 93 000-ə yaxın sərnişin daşınıb
Kaspersky “Intelbras” müşahidə kameralarındakı boşluğu aradan qaldırmağa kömək edib
Fuad Muradov Polşa Azərbaycanlılarının Koordinasiya Şurasının iclasında iştirak edib
FHN-in Gəncə Regional Mərkəzi Samux rayonunda kompleks mülki müdafiə təlimi keçirib