28 aprel 2026 15:22
188

Estoniya Prezidenti: Avropa 2022-ci ildə Rusiyanı danışıqlar masasına gətirməməklə səhvə yol verib

Estoniya Prezidenti Alar Karis bildirib ki, Avropa Kiyev uğrunda döyüşdən dərhal sonra 2022-ci ildə Rusiyanı danışıqlar masasına gətirməməklə səhvə yol verib.

“İki sahil” xəbər verir ki,  bu barədə Yle məlumat yayıb.

Onun fikrincə, Rusiya ilə münasibətlər uzun müddət çətin qalacaq, lakin gələcəkdə dəyişikliklər mümkündür.

Karis Aİ-ni Rusiya üçün öz planlarını hazırlamağa indi başlamağa çağırıb, çünki ittifaq daxilində daxili proseslər uzun müddət çəkir.

"Rusiya üçün öz planlarımız olmalıdır. Bu planlar dərhal hazırlanmalıdır", - deyə o, aydınlıq gətirib.