İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən “Startup School 4” layihəsi çərçivəsində infosessiya keçirilib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən infosessiya layihənin əsas şüarı olan “Beş qitə, 500 startap” konsepsiyasına həsr olunub.
“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə açan ADNSU-nun İnnovasiya Mərkəzinin rəhbəri Əhməd Əhmədzadə universitetdə innovasiya mühitinin inkişafı, tələbələrin startap fəaliyyətinə cəlb olunması üzrə təşəbbüslərin əhəmiyyətini vurğulayıb.
Sonra “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov və layihə meneceri Aydan Hüseynzadə proqramın məqsədləri, təqdim etdiyi imkanlar və iştirak şərtləri haqqında ətraflı məlumat veriblər. Eyni zamanda iştirakçılara qeydiyyat prosesi, seçim mərhələləri və beynəlxalq əməkdaşlıq perspektivləri izah olunub. İnfosessiya interaktiv formatda davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “Startup School 4” proqramı innovativ ideyaların inkişaf etdirilməsini, startapların beynəlxalq innovasiya ekosisteminə inteqrasiyasını və gənc təşəbbüskarların dəstəklənməsini hədəfləyir. Proqram çərçivəsində seçilən startaplar təlim, mentorluq, investorlarla görüş və şəbəkələşmə imkanları əldə edərək öz layihələrini inkişaf etdirəcəklər.
Qeydiyyat prosesi 15 may 2026-cı il tarixinə qədər davam edəcək.
Yaylaqlara köç edəcək fermerlər üçün təhlükəsizlik qaydalarına dair təlimlər davam edir
Forum çərçivəsində xarici ölkələrin aqrar sahədəki nazirlərinin birgə iştirakı ilə konfrans təşkil ediləcək - Anar Cəfərov