Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Lider qadınlar platforması” kommunikasiya və konseptual tətbiq layihəsinin iştirakçıları akademik Zərifə Əliyevanın 103 və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 80 illiyi münasibətilə tədbir keçirib.
“İki sahil” xəbər verir ki, tədbir çərçivəsində iştirakçılar Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzini ziyarət ediblər.
Ziyarətçilər ilk olaraq akademik Zərifə Əliyevanın abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra Mərkəzin Xatirə muzeyi ilə tanış olublar. Tanışlıq zamanı məlumat verilib ki, muzeydə akademik Zərifə Əliyeva haqqında məlumatlar, şəkillər, elmi araşdırmalarından ibarət materiallar nümayiş etdirilir.
Muzeylə tanışlıqdan sonra məlumatlandırma sessiyası təşkil edilib, iştirakçıların sualları cavablandırılıb.
Paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə 93 000-ə yaxın sərnişin daşınıb
Kaspersky “Intelbras” müşahidə kameralarındakı boşluğu aradan qaldırmağa kömək edib
Fuad Muradov Polşa Azərbaycanlılarının Koordinasiya Şurasının iclasında iştirak edib
FHN-in Gəncə Regional Mərkəzi Samux rayonunda kompleks mülki müdafiə təlimi keçirib