Özünün müsəlman olduğunu deyən və guya şiə təriqətinin daşıyıcısı olan Nyu-York şəhərinin meri Zohran Mamdani əslində İslamın ədalət prinsipini bir yana qoyub tarix boyu rəzil, yalançı, oğru, qəddar, başkəsən erməniləri müdafiə edənlərdən biridir. Mürəkkəb və dolaşıq tərcümeyi-halı olan bu adamın əsl kimliyi bir qədər qeyri-müəyyəndir. Uqanda əsillidir, uşaqlıq illərində Cənubi Afrika Respublikasında, sonra Hindistanda yaşayıb, nəhayət, ABŞ-da lövbər salıb və s. O, qəsdən unudur ki, türklər dünyada yeganə millətdir ki, öz dövlətlərini ədalət, həqiqət və inam üzərində qurur, dövlətə qarşı xəyanət edənləri bağışlamırlar, hətta qardaşları olsa belə. Görünür, tutduğu vəzifəyə hazır olmayan otuz beş yaşlı Nyu-York meri tarixi pis bilir, erməni yalanlarına uyaraq türklərə və müsəlmanlara düşmən münasibət saxlayır. Hiss olunur ki, Mamdani 1915-ci hadisələrindən tamamilə bixəbərdir və ya erməni lobbisinin göstərişlərini “sədaqətlə” yerinə yetirir. Yoxsa min bir fitnə-fəsadla Birinci Dünya müharibəsinə çəkilən Türkiyənin çörəyini yeyib ən ağır məqamında ona arxadan zərbə vuran ermənilərə belə qardaş münasibəti göstərməzdi. Mer bilsin ki, yeddi dövlətlə müharibə aparan Türkiyənin daxilində xaincəsinə iğtişaşlar salan ermənilər rus generalı Yudeniçin silahları ilə alay təşkil edərək türk qoşunları ilə vuruşublar. Soyqırımını da elə onlar törədiblər. Dövlət məcbur qalaraq daxildə cəmləşən erməniləri ölkənin ucqarlarına köçürməli olub. Köç vaxtı yolda beş-on nəfər qoca və xəstə ölüb. Yəqin bundan xəbəri olmayan Mamdani ABŞ Prezidentlərinin, o cümlədən Donald Trampın indiyədək 1915-ci il hadisələrini faciə adlandırmasından da dərs götürmür, dövlət başçısının ifadəsinə çəkinmədən “düzəliş” edir.
Nyu-York meri Zohran Mamdaninin son bəyanatı bir daha göstərdi ki, tarix, siyasət və informasiya müharibəsi bu gün bir-birindən ayrılmaz hala gəlib. Onun 1915-ci il hadisələri ilə bağlı çıxışı ilk baxışdan xatirə və humanitar çağırış kimi görünə bilər. Lakin mətnin davamında Azərbaycanla bağlı səsləndirilən fikirlər bu çıxışın artıq sırf tarixi mövzu olmadığını, açıq siyasi məna daşıdığını sübut edir.
Mamdani bildirib ki, 1915-ci ildə Osmanlı İmperiyası dövründə indiki Türkiyə, Suriya və Ermənistan ərazilərində guya 1,5 milyon erməni öldürülüb. Mer hələ bilmir ki, 1915-ci ildə Yer kürəsində 1,5 milyon erməni yaşamırdı və Ermənistan adlı dövlət mövcud deyildi. Bu böhtançı mövqe Qərb siyasi dairələrində uzun illərdir mövcud olan səlibçi yanaşmanın davamıdır. Lakin əsas diqqət çəkən məqam bundan sonra gəlir. O, 2020-ci ildə Azərbaycan və Türkiyənin Qarabağdakı erməni əhaliyə hücum etdiyini, 2023-cü ildə isə guya Azərbaycanın yüz mindən çox ermənini bölgədən çıxardığını və bununla yüz ildən artıq davam edən “soyqırımı kampaniyasını” davam etdirdiyini iddia edir. Yenə qələtə yol verir. Əvvəla Azərbaycanın gücü Ermənistanı darmadağın etməyə yetərli idi, ibunu 44 günlük müharibə də göstərdi, ikincisi 2023-cü ildə Qarabağda yaşayan cəmi 25-30 min erməni öz istəyi ilə köçüb gedib. Onlar 1923-cü ildə Azərbaycanın vaxtilə verdiyi ərazidə yaşamaq üçün gediblər. Çünki oradakı kəndlərimizin bir çoxu hələ də boşdur.
Mamdaninin ifadəsi artıq sadəcə fikir deyil, ciddi siyasi ittihamdır. “Genocidal campaign” kimi terminlərin işlədilməsi hüquqi və tarixi məsuliyyət daşıyan anlayışların siyasi məqsədlərlə istifadə olunduğunu göstərir. Belə ritorika regionda baş verən mürəkkəb prosesləri sadələşdirərək reallığı təhrif edir. Belədə Zohranın Zori Balayandan, Ktrıç Nersesyandan və hər hansı sərsəri daşnakdan nə fərqi var?
Maraqlıdır ki, bu cür yanaşmalar Ermənistanın öz daxilində gedən siyasi proseslərlə ziddiyyət təşkil edir. Bu gün Ermənistanın baş naziri Nikol Pasinyan açıq şəkildə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır. Regionda uzunmüddətli sabitlik üçün kompromis və dialoq yolunu seçən rəsmi İrəvanın sülh siyasətinə qarşı xaricdə səsləndirilən bu kimi sərt və ittihamedici bəyanatlar fərqli bir xəttin mövcudluğunu göstərir.
Bu, təsadüfi deyil, uzun illər formalaşmış diaspor təsiri, siyasi lobbiçilik və köhnə qarşıdurma narrativlərinin davamıdır. Bu narrativlərin əsas məqsədi regionda normallaşmanı ləngitmək, tarixi mübahisələri gündəmdə saxlamaq və ondan siyasi təzyiq aləti kimi istifadə etməkdir. Bütün bunlar nə deməkdir? Ermənilərin uydurma soyqırım iddialarına canıyananlıqla yanaşan Nyu-York merinə bu haqqı kim verib? Harada olsalar orada soyqırım törədən, qətl və qarətlə, oğurluqla, yalan uydurmaqla məşğul olan vəhşi haylar Mamdani üçün bu qədərmi əzizdir? Mamdani belə həqiqətpərəstdirsə onda quldur erməni silahlı dəstələri Azərbaycan torpaqlarında yaşlıları, qadınları, uşaqları, yaralıları rəhmsizcəsinə və barbar üsullarla qətlə yetirəndə, məscidlərimizi təhqir edəndə, qəbristanlıqlarımı dağıdanda niyə səsini çıxarmır, işğalçını pisəmirdi?
Mamdani bilməlidir ki, “genosid” məsələsini 1915-ci ildə Sovet hökumətinin ideoloqları uyduraraq ermənilərin beyninə salıblar. Əgər 1915-ci ildə soyqırım olsaydı elə o zamanlarda ermənilərin qaraqışqırığı dünyanı başına alardı. “Genosid” məsələsi niyə 1965-ci ildə ortalığa atılmışdı? Çünki uydurma idi, Türkiyəyə təzyiq göstərmək üçün düşünülmüşdü. Yəni, mer bu qədər bilgisizdir ki, ən sadə tarixi həqiqətləri də bilmir?
ABŞ Prezidenti Donald Tramp Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlanmasını alqışladığı halda bu Mamdani kimdir ki, barışan ölkələr arasında yenidən müharibə ritorikasını qızışdırır? Məgər o, revanşistdir, keşşişdir, yoxsa daşnak? Böyük bir şəhərə başçılıq edən şəxsin başı bilməlidir ki, bədəni nə danışır. Əgər bir müsəlman kimi öz səviyyəsini bu qədər aşağı salıb dinini təhqir edənlərə üstəlik xidmət də edirsə onda kim olduğu məlumdur.
Vəli İlyasov, “İki sahil”