25 aprel 2026 15:25
130

Azərbaycan duz istehsalını 18 % artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 26 min 837 ton duz istehsal edilib.

“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33 % çoxdur.

Təkcə martda isə ölkədə 8 min 357 ton duz istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 18 % çoxdur.

2025-ci ildə Azərbaycanda 85 min 389 ton duz istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 4,5 % azdır.