Fransa Prezidenti Emmanuel Makron bildirib ki, dünya siyasətində Avropaya qarşı mövqe sərgiləyən əsas liderlər sırasında Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin rəhbəri Si Cinpin yer alır.
“İki sahil” xəbər verir ki, o, bu fikirləri Yunanıstana səfəri çərçivəsində “France 24” telekanalına verdiyi müsahibə zamanı səsləndirib.
Makronun sözlərinə görə, adı çəkilən liderlər müxtəlif səviyyələrdə Avropanın maraqlarına zidd addımlar atırlar və hazırkı geosiyasi qarşıdurma kifayət qədər ciddi xarakter daşıyır.
Bununla yanaşı, Fransa prezidenti vurğulayıb ki, ABŞ hələ də Avropa üçün müttəfiq olaraq qalır, lakin Vaşinqtonun mövqeyi əvvəlki dövrlərlə müqayisədə daha az sabit və proqnozlaşdırılandır.