Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero Naxçıvana səfər edib.
“İki sahil” xəbər verir ki, diplomat aprelin 24-də Naxçıvan Muxtar Respublikasında (MR) Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovla görüşüb.
Görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan və Meksika arasında dostluq və etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb. Tərəflər ikitərəfli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.
Müzakirələr zamanı Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunan razılaşmalardan məmnunluq ifadə olunub.
Görüşdə həmçinin Naxçıvan ilə Meksikanın aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib. Tərəflər memorandumların imzalanması, ikili diplom proqramlarının yaradılması, tələbə və müəllim mübadiləsinin təşkili, eləcə də birgə akademik və elmi layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir