İsrail İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırdır və hücumları həyata keçirmək üçün ABŞ-dən "yaşıl işıq" gözləyir.
“İki sahil” xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats bildirib.
Onun sözlərinə görə, İsrail ordusu müdafiə və hücuma tam hazırdır, hədəflər artıq müəyyən edilib.
O, həmçinin iddia edib ki, bu, əvvəlkindən daha böyük və daha zorakı bir əməliyyat ola bilər və İran infrastrukturunun əsas elementlərini hədəf alıb.