İsrail televiziya kanallarından biri İran parlamentinin sədrinin danışıqlar qrupunu tərk etdiyini bildirib.
“İki sahil” xəbər verir ki, İsrail televiziya kanalı "Keşet 12"-yə görə, İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf danışıqlar qrupunu tərk edib.
Kanal iddia edir ki, bu, İslam İnqilabı Keşikçiləri Korpusunun müdaxiləsindən sonra baş verib.
İran tərəfi hələlik bu xəbərə münasibət bildirməyib. Qalibaf, İranın xarici işlər naziri Abbas Əraqçi kimi, ABŞ ilə dialoqun davam etdirilməsini müdafiə edib.