Cari ilin yanvar-mart ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1 milyard 803,1 milyon manat olub.
“İki sahil” xəbər verir ki, Fonddan bildirilib ki, birinci rübdə mənfəət neftinin və qazın satışından 1 milyard 802,7 milyon manat gəlir əldə edilib, bonus ödənişləri və tranzit gəlirləri 0,4 milyon manat olub.
Sözügedən dövr ərzində ARDNF-yə “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından 1 milyard 400,5 milyon manat, “Şahdəniz” yatağından (qaz və kondensat) isə 359,6 milyon manat məbləğində vəsait daxil olub.
Kənd təsərrüfatında dayanıqlı inkişafın təmini dövlət və özəl sektorun birgə fəaliyyəti olmadan mümkün deyil - Şahmar Mövsümov
İnvestisiya Portalı: Sahibkarları və investorları bir platformada birləşdirən dəstək aləti