Qeyri-müəyyənlik dövründə etibarlı tərəfdaşların əldə olunması ən mühüm sərvətdir.
“İki sahil” xəbər verir ki, bu fikri Latviya Prezidenti Edqars Rinkeviçs aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışında səsləndirib.
O qeyd edib ki, Avropa İttifaqının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, o cümlədən NATO-nun üzvü kimi Latviya Azərbaycan ilə həmin təşkilatlar, eləcə də ikitərəfli əməkdaşlıq çərçivəsində işləməyə və dəstək verməyə, iqtisadi əlaqələrin təşviqi üçün bütün bacarıqlarını bölüşməyə hazırdır.
“Biz, həmçinin bir faktı da yüksək dəyərləndiririk ki, Azərbaycan nəinki Latviya, o cümlədən bir çox Avropa ölkəsi üçün həm siyasi, həm iqtisadi sahədə və ən vacibi isə, energetika sahəsində strateji tərəfdaşdır”, - deyə Edqars Rinkeviçs vurğulayıb.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir