Latviya Azərbaycanla əməkdaşlığa, ticari əlaqələrini dərinləşdirməyə və genişləndirməyə hazırdır.
“İki sahil” xəbər verir ki, bu fikri Latviya Prezidenti Edqars Rinkeviçs aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışında səsləndirib.
“Təlatümlərin baş verdiyi bu vaxtda, - mən Avropada və Yaxın Şərqdə baş verən hadisələri, bütün geosiyasi çağırışları nəzərdə tuturam, - biz yaxşı və etibar etdiyimiz tərəfdaşlarımızla yeni əməkdaşlıq yollarını tapmağa çalışırıq. Azərbaycan həmişə Latviya üçün Cənubi Qafqazda və əslində, daha geniş regionda əsas ticarət tərəfdaşı olub, ticarət tərəfdaşıdır və ticarət tərəfdaşı olmağa davam edəcək”, - deyə Prezident Edqars Rinkeviçs vurğulayıb.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir