NATO-nun nüvə siyasəti üzrə illik simpoziumu bu ilin iyulunda keçiriləcək Ankara sammiti ərəfəsində nüvə silahlarından çəkindirmə məsələlərini müzakirə etmək üçün İstanbulda 150-yə yaxın eksperti bir araya gətirib.
“İki sahil” NATO-ya istinadən xəbər verir ki, təşkilatın Baş katibi Mark Rütte iştirakçılara ünvanladığı videomüraciətində tədbirə ev sahibliyi etdiyinə görə Türkiyəyə təşəkkürünü bildirərək, ölkənin müdafiə sənayesinin inkişafına yatırılan sərmayələr də daxil olmaqla, NATO-nun təhlükəsizliyinə verdiyi töhfəni qeyd edib.
"Nüvə çəkindirməsinin əhəmiyyətinin artdığı yüksək qeyri-sabitlik şəraitində biz NATO-nun nüvə potensialının etibarlı, təhlükəsiz və səmərəli qalmasını təmin etməliyik", - Rütte bildirib.
O əlavə edib ki, Ankara sammiti ərəfəsində müttəfiqlər təhlükəsizlik sahəsində pisləşən vəziyyətə NATO-nun nüvə siyasətinin gələcək uyğunlaşdırılması da daxil olmaqla, mühüm qərarlar qəbul etməlidirlər.
Tədbir zamanı iştirakçılar geosiyasi dəyişiklikləri, nüvə sənayesinin vəziyyətini, eləcə də silahlara nəzarət, tərk-silah və yayılmama məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, NATO-nun nüvə siyasəti üzrə simpoziumu 1992-ci ildən bəri hər il keçirilir.