Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycanla Avropa İttifatı (Aİ) arasında vizasız rejimi tam dəstəklədiyini bildirilib.
“İki sahil” xəbər verir ki, bunu Latviya Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda birgə bəyanatında deyib.
O, Azərbaycanla Aİ arasında əməkdaşlıq sahəsində müsbət addımların atıldığını müşahidə etdiyini vurğulayıb:
"Biz bir məxsusi məsələni müzakirə etdik və mən bu məsələdə bizim tam dəstəyimizi vurğulamaq istəyirəm. Bu məsələ vizasız rejimin tətbiq edilməsidir, çünki biz çoxlu məsələləri müzakirə edə bilirik və biz bağlantı, daşımalar, birbaşa uçuşlarla bağlı bu qənaətə gəldik. Lakin Azərbaycan vətəndaşlarının Avropa İttifaqına və Avropa vətəndaşlarının sizin gözəl ölkənizə sərbəst çıxışı vacibdir. Çünki təkcə nəinki şirkətlər üçün, həmçinin xalqlararası təmaslar və turizm üçün böyük potensial mövcuddur".
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır