Aprelin 22-də Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin rəsmi qarşılanma mərasimi olub.
“İki sahil” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Latviya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsi qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport verdi.
Latviya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Edqars Rinkeviçsə, Latviya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Edqars Rinkeviçsin qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.
44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin mühüm hadisələrindən biri kimi yaddaşlara həkk olunub
Azərbaycan Prezidenti: İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır
Prezident İlham Əliyev: Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional ticarət və investisiyalar üçün yeni imkanlar yaradır