20 aprel 2026 23:23
130

Avropa Komissiyası 1978-ci ildə Suriya ilə imzalanmış əməkdaşlıq sazişinin bərpasını təklif edib

Avropa Komissiyası 1978-ci ildə Suriya ilə imzalanmış əməkdaşlıq sazişinin tam şəkildə bərpasını təklif edib. Bu addım may ayında Suriya hakimiyyəti ilə keçiriləcək rəsmi danışıqlar ərəfəsində əməkdaşlığın gücləndirilməsinə yönəlib.

“İki sahil” xəbər verir ki, bu barədə “Reuters” agentliyi bildirib.

Məlumata görə, ötən ilin sonunda Suriyaya Qərb sanksiyalarının böyük hissəsi ləğv edilib. Bununla Suriya beynəlxalq ictimaiyyətə inteqrasiyanı genişləndirməyə çalışır. Avropa Komissiyasının bu təşəbbüsünün regionda siyasi dialoqun və iqtisadi əməkdaşlığın bərpasına töhfə verəcəyi gözlənilir.