ABŞ ilə Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiyanın potensialını reallaşdırmaq üçün əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Bildirilib ki, müvəqqəti İşlər Vəkili Emi Karlon, Dövlət Departamentinin baş müşaviri Rebeka Neff və Ticarət və İnkişaf Agentliyinin (USTDA) ölkə direktoru Sara Leminq işgüzar nahara dəvət edilib.
"ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının potensialını reallaşdırmaq üçün əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb", - məlumatda qeyd olunub.
Xatırladaq ki, sözügedən xartiyanın imzalanma mərasimi 10 fevral 2026-cı ildə, ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri çərçivəsində imzalanıb.
Rusiya mediası Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışını geniş şəkildə işıqlandırıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclasında 26 məsələ müzakirə ediləcək
Şuşa Qlobal Media Forumu: Yeni çağırışların, dünya gündəminin müzakirəsi üçün nüfuzlu platforma
Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə görüşüb