Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov ilə görüşüb.
“İki sahil” Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə iki qardaş ölkə arasında ikitərəfli və çoxtərəfli forumlarda müttəfiqlik münasibətləri, eləcə də Yaxın Şərqdəki mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
AIDA ilə Beynəlxalq Gözdən Əlillər İdman Federasiyası arasında anlaşma memorandumu imzalanıb
Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir
Şuşa Qlobal Media Forumu çərçisində D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimatı olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB