Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov albaniyalı həmkarı Ferit Hoxha ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
"C. Bayramov albaniyalı naziri təyinatı münasibətilə təbrik edib və bu mühüm vəzifədə ona uğurlar arzulayıb", - məlumatda bildirilib.
Görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub. Fikir mübadiləsi siyasi dialoq, iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya, turizm, təhsil və mədəniyyət sahələrini əhatə edib.
Enerji sahəsində əməkdaşlıq ikitərəfli münasibətlərin əsas hərəkətverici qüvvəsi kimi qeyd olunub. Dostluq, qarşılıqlı hörmət və faydalı tərəfdaşlığa əsaslanan münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində mütəmadi əməkdaşlıq və həmrəyliyin əhəmiyyəti qeyd edilib.
Regional və beynəlxalq təhlükəsizlik çağırışlarının həllində dialoq və diplomatiyanın rolu isə xüsusi vurğulanıb.
Sahibə Qafarova Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri ilə görüşüb
Azərbaycan Milli Məclisinin sədri ilə Pan-Afrika Parlamentinin prezidenti arasında videokonfrans formatında görüş olub
AIDA ilə Beynəlxalq Gözdən Əlillər İdman Federasiyası arasında anlaşma memorandumu imzalanıb