Antalyada V Antalya Diplomatiya Forumu çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi səfir Kayrat Sarıbay ilə görüşüb.
TÜRKPA-dan “İki sahil”ə bildirilib ki, görüş zamanı tərəflər təşkilatlarının cari fəaliyyəti barədə məlumat verib və gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparıblar. Həmçinin təşkilatlar arasında davamlı əməkdaşlığın vacibliyi vurğulanıb, qarşılıqlı dəstək ifadə edilib.