Bizim region onilliklər boyu münaqişələr, bağlı sərhədlər və parçalanma ilə yadda qalıb. İndi isə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra qonşu Ermənistanla faktiki sülh şəraitində yaşayırıq və bu, yeni imkanlar yaradır.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov V Antalya Diplomatiya Forumu çərçivəsində “Bağlantıda yeni imkanlar” mövzusunda keçirilən panel iclasda çıxışı zamanı bildirib.
O deyib: “Bu imkanlar Ermənistan və Azərbaycanla yanaşı, ümumilikdə region ölkələri arasında müsbət qarşılıqlı asılılıqlar yaradır. Hesab edirəm ki, bu cür qarşılıqlı əlaqə və asılılıq sülh üçün ən yaxşı təminatlardan biridir, çünki bu, əsl “qazan-qazan” vəziyyətidir”.
Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib
Qlobal Şuşa Media Forumu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əhəmiyyətli körpüdür
Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir