Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və üzvləri tərəfindən beynəlxalq media platforması “Project Syndicate”-də dərc olunmuş məqalədə Birləşmiş Millətlər Təşkilatının növbəti Baş katibinin qadın olması ilə bağlı çağırış səsləndirilib.
“İki sahil” xəbər verir ki, məqalənin müəllifləri sırasında Mərkəzin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa, Gürcüstanın sabiq baş nazirinin müavini Eka Tkeşelaşvili və Avstriyanın sabiq xarici işlər naziri, sabiq Avropa Komissarı Benita Ferrero-Valdner yer alır.
Məqalədə qeyd olunur ki, qlobal idarəetmədə inklüzivliyin və təmsilçiliyin gücləndirilməsi BMT-nin legitimliyi və effektivliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Müəlliflər vurğulayırlar ki, təşkilatın tarixində bu günədək qadın Baş katibin olmaması mövcud gender balanssızlığını göstərir və bu boşluğun aradan qaldırılması BMT-yə olan etimadın artırılmasına xidmət edə bilər.
Şahbaz Şərif: Antalyada İlham Əliyevlə Pakistan-Azərbaycan tərəfdaşlığını müzakirə etdik
TÜRKPA Baş katibi Şimali Kiprin Cümhuriyyətçi Türk Partiyasının sədri ilə görüşüb