15 aprel 2026 18:31
174

İran Pakistan vasitəsilə ABŞ ilə mesaj mübadiləsini davam etdirir

Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında mesaj mübadiləsi davam edir.

“İki sahil” "The Times of Israel" qəzetinə istinadla xəbər verir ki, bunu İran XİN-in rəsmisi İsmayıl Bəqai bildirib.

"İran nümayəndə heyətinin Tehrana qayıtdığı bazar günündən bəri Pakistan vasitəsilə bir neçə mesaj ötürülüb", - o bəyan edib.

Bəqai qeyd edib ki, bu gün Pakistan nümayəndə heyətinin İran-ABŞ danışıqlar prosesinin irəliləməsi ilə bağlı Tehranla məsləhətləşmələr aparmaq üçün İrana səfəri gözlənilir.