15 aprel 2026 19:33
137

Rusiya Ukraynanın itkilərini açıqladı - 1512-ci gün

Rusiya müharibənin 1512-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 671 təyyarəsi, 284 helikopteri, 134 179 PUA-sı, 656 zenit-raket kompleksi, 28 908 tank və digər zirehli texnikası, 1 700 reaktiv yaylım atəş sistemi, 34 446 artilleriya və minaatanı, 59 440 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.