15 aprel 2026 11:47
121

Macarıstan Rusiya neftindən tamamilə imtina edə bilməz

Macarıstan hələ də Rusiyadan neft tədarükündən imtina edə bilməz.

“İki sahil” xəbər verir ki, bunu Macarıstanda parlament seçkilərində qalib gələn "Tisza" müxalifət partiyasının lideri Peter Madyar Kossuth Radio-ya bildirib.

"Dostluq" kəməri qalacaq, biz Macarıstanın bu anda... Rusiya neftindən imtina edə bilməyəcəyini açıq şəkildə bildirmişik", - deyə o, vurğulayıb.

Daha əvvəl Ukraynanın STRANA.ua nəşri Madyarın Rusiya qazı ilə bağlı mövqeyinin Kiyevlə dialoqu çətinləşdirəcəyini bildirmişdi.