15 aprel 2026 10:18
146

Macarıstanın yeni lideri atacağı ilk addımı açıqladı

“Macarıstanın “İctimai” televiziyasının fəaliyyəti dayandırılacaq”.

“İki sahil” xəbər verir ki, bunu Macarıstanın yeni seçilmiş Baş naziri Peter Madyar deyib.

“Görəcəyimiz ilk işlərdən biri “İctimai” yayım qurumunun fəaliyyətini dayandırmaq olacaq. Bu, şəxsi qisas deyil, macarların reallığı əks etdirən informasiya almaq hüququdur. Biz söz azadlığını təmin edəcək yeni media qanunu qəbul edəcəyik, universitetlərə akademik azadlığı geri qaytaracağıq”, - Madyar vurğulayıb.