Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Praqada Çexiyanın xarici işlər nazirinin müavini Jiri Brodski ilə görüşüb və Cənubi Qafqazda təhlükəsizlik məsələləri müzakirə olunub.
“İki sahil” xəbər verir ki, J. Brodski bu barədə "X" sosial şəbəkə hesabında məlumat bölüşüb.
"Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovu Praqada salamlamaqdan məmnunam", - o bildirib və əlavə edib ki, söhbət zamanı Cənubi Qafqazda təhlükəsizlik müzakirə olunub:
"Həmçinin Çexiya şirkətləri üçün imkanlar, təhsil sektoru və Bakıya birbaşa uçuşlar vasitəsilə turizm sahəsində əməkdaşlığı müzakirə etdik".
Qeyd edək ki, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "CNN Prima News"a müsahibə zamanı mühüm məsələlərə toxunub.
Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib
Qlobal Şuşa Media Forumu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əhəmiyyətli körpüdür
Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir