13 aprel 2026 23:55
114

Zaqatalada piyadanı maşın vurub

Zaqatalada avtomobilin vurduğu piyada ölüb.

Hadisə bu gün saat 21:00 radələrində Zaqatala rayonu ərazisində baş verib.

Səfər Kələşov idarə etdiyi "Mitsubishi" markalı avtomobillə yolu keçən piyada - 55 yaşlı İmdat İsmayılovu vurub. O aldığı xəsarətlərdən xəstəxanada ölüb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

"Report"