13 aprel 2026 23:15
121

Bu yolda sürət həddi müvəqqəti endirilib

Bakıda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar bəzi yollarda hərəkətə məhdudiyyət tətbiq edilib.

“İki sahil” xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.

Belə ki, Zığ dairəsi–Hava Limanı avtomobil yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saatadək endirilib.

Eyni zamanda, yol boyu yerləşən bütün elektron tablolarda “sürüşkən yol” xəbərdaredici işarəsi yerləşdirilib.