Qəbul zamanı vətəndaşların müraciətləri fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov vətəndaşların növbəti qəbulunu keçirib. Aidiyyəti rəhbər şəxslərin iştirakı ilə keçirilən qəbulda dövlət satınalmalarına dair məsələlər və “Etender.gov.az” portalından istifadə ilə bağlı müraciət və təkliflər dinlənilib. Qaldırılan məsələlərin operativ və qanunvericiliyin tələblərinə uyğun şəkildə həlli məqsədilə Agentliyin müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.
Qeyd edək ki, vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə Agentliyin rəhbər vəzifəli şəxslərinin qəbul qrafiki rəsmi internet səhifəsində yerləşdirilib. Qəbul qrafiki ilə tanış olmaq və qəbula yazılmaq üçün müvafiq keçiddən istifadə edə bilərsiniz.
Ağacların kəsilməsi qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilib - Elmi Cərrahiyyə Mərkəzi
İdman qidaları və BAQM-ların qanunsuz onlayn satışı sağlamlıq riski yaradır - Video
Milli Məclisin deputatı Səbinə Xasayeva Lökbatan qəsəbəsində seçicilərlə görüşüb