11 aprel 2026 16:40
110

BVF və Dünya Bankı 2029-cu ildə toplantılarını Əbu-Dabidə keçirəcək

Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının 2029-cu il üçün illik toplantıları Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçiriləcək.

“İki sahil” "Reuters"ə istinadla xəbər verir ki, bu qərar adı çəkilən beynəlxalq maliyyə təşkilatlarının idarə heyətlərinin keçirdikləri səsvermənin nəticələrinə əsasən qəbul edilib.

Xatırladaq ki, BƏƏ-nin digər şəhəri - Dubay bu beynəlxalq maliyyə qurumlarının illik toplantıları 2003-cü ildə ev sahibliyi edib.